Rəşad Nəsirova yeni VƏZİFƏ verildi

Rəşad Nəsirova yeni VƏZİFƏ verildi

Hazırda oxunan: Rəşad Nəsirova yeni VƏZİFƏ verildi

174717

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib. Bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.

Məlumatı Bizim.Media-ya təsdiqləyən Rəşad Nəsirov bildirib ki, AHİK-də hər iki vəzifəni özü icra edəcək.

Məlumat üçün bildirək ki, Rəşad Nəsirov 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub.

24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-cü il sentyabrın 28 də keçirilən 6-cı Məclisinin qərarı ilə AHİK-in Məclis üzvlüyünə seçilib.

Evlidir, iki övladı var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO