Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.
Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs də məktəblidir.
Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə şagird məktəbin qarşısında bıçaqlanaraq ÖLDÜRÜLDÜ
Raul Rəhimov ailənin 2 oğul övladından biri olub. Onun böyük qardaşı Gəncədəki universitetlərdən birində təhsil alır.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
Qətlə yetirilən 11-ci sinif şagirdinin fotolarını təqdim edirik:
Bizim.Media