Baş Prokurorluq qətlə yetirilən şagirdlə bağlı MƏLUMAT YAYDI  

Baş Prokurorluq qətlə yetirilən şagirdlə bağlı MƏLUMAT YAYDI  

Hazırda oxunan: Baş Prokurorluq qətlə yetirilən şagirdlə bağlı MƏLUMAT YAYDI  

174691

Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə şagird məktəbin qarşısında bıçaqlanaraq ÖLDÜRÜLDÜ 


Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. 

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır. 

Nəticəsi barədə əlavə məlumat veriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO