Şimal bölgəsi bir neçə günlük fasilədən sonra ağ örpəyə bürünüb. Quba və Qusar rayonlarında bu gecə şaxtalı və qarlı hava müşahidə edilib.
Quba Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar 11 sm olmaqla Qubanın Xınalıq, 10 sm isə Qrız kəndlərinə yağıb.
Hər iki kənddə isə -13,5 dərəcə, -14 dərəcəyə yaxın şaxta qeydə alınıb. Quba və Qusarın rayon mərkəzlərinə bu gün səhər 3 sm qar düşüb. Qusar şəhərində -5, Quba şəhərində isə -4 dərəcə şaxta müşahidə edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu