Şumaxer qızının toyunda iştirak edəcək

Şumaxer qızının toyunda iştirak edəcək

Hazırda oxunan: Şumaxer qızının toyunda iştirak edəcək

174663

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mihael Şumaher başından zərbə alandan sonra ilk dəfə ictimai tədbirə qatıla bilər.

Bizim.Media xəbər verir ki, bu qəribə iddia ilə “Corriere Della Sera” çıxış edib. 

Qəzetin xəbərində qeyd olunur ki, yayın sonunda sabiq pilotun qızı Cina-Mariyanın toyu olacaq. Toyun dəqiq tarixi müəyyənləşməsə də, İspaniyanın Malyorka adasındakı villada keçiriləcəyi bilinir. Əfsanəvi pilotun özünü rahat hiss etməsi üçün ev bütün avadanlıqlarla təchiz olunub. Ancaq Mihaelin toyda iştirak edib-etməyəcəyi bilinmir.

Xatırladaq ki, 2013-cü ilin dekabrında yaşanan məlum faciəvi hadisədən sonra Şumaher bir daha publika önündə görünməyib. 55 yaşlı əfsanəsin ailəsi də onun sağlıq durumu ilə bağlı şərh vermir. Sadəcə, qardaşı Ralf dekabrın 27-də Mihaelin yaşamına hamı kimi davam etmədiyini bildirməklə yanaşı, qeyd edib ki, faciə ailənin həyatını dəyişib, hər kəs üçün çox ağır və pis təcrübə olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO