Füzuli şəhərinə növbəti mərhələdə köç edən sakinlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
ANAMA-dan Bizim.Media-ya bildiriblər ki, təlimlərdə sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar edilib.
Agentlik nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb.
Bizim.Media
![ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO](https://bizim.media/file/articles/2024/01/22/1705952157_17059374026296436740_1200x630.jpg)
- A-
- A
- A+
Cəmiyyət
23:30 / 22.01.2024
ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO
Hazırda oxunan: ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO
Hazırda oxunan: ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO
174650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.