Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO  

Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO  

Hazırda oxunan: Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO  

174551

Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 30 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. 

Bu gün Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

Ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib.

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşıblar. Bununla da Füzuli şəhərində 440 ailə olmaqla 1625 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 

*** 12:37

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr Füzuliyə çatıb. 

Bizim.Media xəbər verir ki, işğaldan azad olunan Füzuliyə doğma sakinlərinin qayıdışı davam edir. 

Bu gün 30 ailə olmaqla, 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, Vətənə qovuşmağın sevincini paylaşıblar. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO