Sumqayıtda əməliyyat olunan 10 aylıq körpə Gəncə xəstəxanasında niyə ÖLDÜ? – Rəsmi AÇIQLAMA 

Sumqayıtda əməliyyat olunan 10 aylıq körpə Gəncə xəstəxanasında niyə ÖLDÜ? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Sumqayıtda əməliyyat olunan 10 aylıq körpə Gəncə xəstəxanasında niyə ÖLDÜ? – Rəsmi AÇIQLAMA 

174517

Xəbər verdiyimiz kimi, Gəncədə 10 aylıq körpə xəstəxanada ölüb.

Məlumatda bildirilir ki, şəhər sakini 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq körpə qız xəstəxanada dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlı 21.01.2024-cü il tarixində saat 02:29 radələrində ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə 10 aylıq qız xəstəxanada öldü


“Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və koliklər diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30 radələrində vəfat edib”. 

Qeyd edək ki, A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO