Balakəndə qəbirlər AŞKARLANDI – Sümüklər Stalin repressiyasının qurbanlarına AİDDİR? – FOTO 

Balakəndə qəbirlər AŞKARLANDI – Sümüklər Stalin repressiyasının qurbanlarına AİDDİR? – FOTO 

Hazırda oxunan: Balakəndə qəbirlər AŞKARLANDI – Sümüklər Stalin repressiyasının qurbanlarına AİDDİR? – FOTO 

174510

Bir müddət əvvəl rayonun Katex kəndinin ərazisindən axan eyniadlı çayın sahilində xeyli-sayda qəbirlər və insan sümükləri aşkar edilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna AMEA-nın Şəki Regional Elmi Bazasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. 

Akif Məmmədli bildirir ki, ona da bu barədə kənd sakinləri məlumat verib və beləcə hadisə yerinə ilkin baxış keçirilib.

Sakinlərin sözlərinə görə, son dövrlər Katex çayın məcrasının dəyişməsi həmin qəbrlərin üzə çıxması ilə nəticələnib:    

“Ərazidə təxminən 50-60 qəbr aşkarlanıb. Sakinlərin təxminlərinə görə, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Həmin ərazilərdə də məhz onlar dəfn ediliblər”. 

Sakinlər iddia edir ki, həmin məzarların məhbusların qəbrləri olması ehtimalı böyükdür.

Akif Məmmədli bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arxeoloq və mütəxəssislər tərəfindən araşdırılmalı və yekun nəticə bilinməlidir. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO