Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları piyadalara yol verməyən sürücülərin, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Edilən xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq, barələrində inzibati protokol tərtib olunub.
Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 10.04.2021
Piyada və sürücülərin DİQQƏTİNƏ! - Yol Polisi reydlərə başladı
Hazırda oxunan: Piyada və sürücülərin DİQQƏTİNƏ! - Yol Polisi reydlərə başladı
Hazırda oxunan: Piyada və sürücülərin DİQQƏTİNƏ! - Yol Polisi reydlərə başladı
17444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.