Rəsmi qadağa

Rəsmi qadağa "polietilen torba monopoliyası" ilə bacarmır - SƏBƏBLƏR...

Hazırda oxunan: Rəsmi qadağa "polietilen torba monopoliyası" ilə bacarmır - SƏBƏBLƏR...

17443

“İctimai iaşə obyektlərində polietilen torbaların, plastik qabların idxalı, istehsalı və istehlakçıya çatdırılmasına nəzarət  ayrı-ayrı qurumların səlahiyyətinə aid olan məsələlərdir”.

Bu fikirləri Bizim.Media-ya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

Əlavə edib ki, polietilen torbalar, plastik qabların idxalı Dövlət Gömrük Komitəsi, istehlakçıya çatdırılmasına nəzarəti isə İqtisadiyyat Nazirliyinin müvafiq qurumu həyata keçirir.

Ətraf mühitin təmizlənməsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir:

“Ətraf mühitin mühafizəsi” haqqında qanunun 46-cı maddəsinə əlavə edilən dəyişikliyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadəsi üçün nəzərdə tutulan plastik qabların xidmət obyektlərində istifadəsi, istehlakçıya satılması və ya verilməsi qadağan edilib.

Azərbaycan Respublikası İnzibati Xətalar Maddəsinin 275.4 275. maddələrinə əlavə edilməklə polietilen torbaların, plastik qabların istifadəsinə qadağan olunmasına nəzarəti ETN-nə tapşırıldı.

Nazirliyində ictimai iaşə obyektlərin və marketlərdə polietilen torba satma, birdəfəlik qablardan istifadə etmə demək kimi bi səaliyyəti yoxdur.

Bu səlahiyyət İqtisadiyyat Nazirliyinə aiddir. İndi iki qurum arasında icra mexanizmi hazırlanmalıdır ki, İqtisadiyyat Nazirliyi sözügedən mövzuda qadağalar etsin monitorinqlər apara bilsin”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən bu qadağa qüvvəyə minib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO