Azərbaycanlı gənci Almaniyada döyüb öldürdülər - FOTO

Azərbaycanlı gənci Almaniyada döyüb öldürdülər - FOTO

Hazırda oxunan: Azərbaycanlı gənci Almaniyada döyüb öldürdülər - FOTO

174405

Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

Bizim.Media bakupost.az-a istinadən xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldova vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.

Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.
Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO