Qərbi Azərbaycan Xronikası: Ləmbəlidə əhali Gürcüstana qaçdı, onları sürgün etdilər - VİDEO

Qərbi Azərbaycan Xronikası: Ləmbəlidə əhali Gürcüstana qaçdı, onları sürgün etdilər - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Ləmbəlidə əhali Gürcüstana qaçdı, onları sürgün etdilər - VİDEO

174386

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Ermənilər Gürcüstan sərhədinə nəzarət etmək üçün Ləmbəli əhalisini deportasiya etdi” adlı süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə ermənilərin Noemberyan adlandırdığı, əslində isə Barana olan rayonun Ləmbəli kəndində yaşanan 1948-ci il  deportasiyasının acı nəticələrindən bəhs olunur.

Bildirilir ki, strateji cəhətdən əhəmiyyətli, Gürcüstan və Qazaxla sərhəd olan bu kənd ermənilərin məkrli planının bir hissəsinə çevrilib.

Belə ki, ermənilər rayon mərkəzindən 15 kilometr şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşən kəndi boşaltmaq qərarına gəlir, əliyalın əhalini zorla köçürür, işıqları söndürür, suyu kəsir, insanları çörək almağa qoymur və zülm edərək onları köçməyə məcbur edirlər.

Şahidlər diqqətə çatdırırlar ki, bu acı tale kənd üçün bir neçə dəfə, yəni 1918, 1930, 1948-cu illərdə baş verir: “1948-ci ilin yaz və payız aylarında baş verən köçürülmə zamanı məqsəd Ləmbəlini xəritədən silmək olub. Erməniləri ora köçürmək planını həyata keçirmək üçün yerli sakinlər olan azərbaycanlıları Borçalı mahalına, eləcə də Göyçə mahalının Basarkerər rayonunun Zod, Ağkilsə kəndlərinə köçürürlər. Azərbaycanlıları yük qatarına doldurub məcburi aparırlar. Bununla barışmayan ləmbəlilər aidiyyatı qurumlara müraciət edib geri köçməyə nail olurlar”.

Sonda vurğulanır ki, erməni millətçiləri tərəfindən acı tale yaşayan ləmbəlilər geri qayıdan zaman qəbirstanlıqlarının dağıdılıb yerində şərab zavodu tikilməsinin şahidi olublar.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO