Respublikamızın hər yerində olduğu kimi Laçın şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi
dərin ehtiramla silsilə tədbirlərlə anılıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhərində Bayraq meydanından başlayan anım günü toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Abadlıq Xidməti ASC-nin rəhbəri Nəsimi Əsədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilat nümayəndələri, Laçın şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxışçılar müstəqilliyimiz uğrunda ayağa qalxan xalqımızın qəhrəmanlığından söhbət açıblar. Qeyd olunub ki, həmin gün xalq ağır texnikaların silahlı qüvvələrin qarşısına qorxmadan əli silahsız çıxaraq müstəqillik uğrunda mübarizəyə qoşulub. Bununla yanaşı, həmin gecə dinc sakinlərə qarşı törədilən vəhşiliklərdən söhbət açılıb. Öz qanı-canı ilə vətəninin müdafiəsinə qalxan qüdrətli Azərbaycan xalqının xatirəsi dərin ehtiramla xatırlanıb.
Bildirilib ki, 34 il ötməsinə baxmayaraq 20 Yanvar tarixi unudulmayıb və unudulmayacaq. Daha sonra Laçın şəhərinin mərkəzi küçələri boyunca rəsmi şəxslər, polis əməkdaşları və sakinlərin iştirakı ilə yürüş keçirilib. Saat 12:00-da isə şəhərdə hərəkət dayandırılaraq səs siqnalları verilib.
Daha sonra şəhidlərin əziz xatirəsinə həsr edilən "Öz şəhərimizi özümüz abadlaşdıraq" adlı iməcilik təşkil edilib.
Silsilə tədbirlərin sonunda Laçın şəhərindəki Laçın kinoteatrının binasında "20 Yanvarda doğulanlar" filminin nümayişi olub. Ekran əsərində 20 Yanvar hadisələrini dünyaya “sos” siqnalları ilə çatdıran qəhrəman dənizçilərin şücaəti öz əksini tapıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 20.01.2024
Laçında 20 Yanvar şəhidləri ANILDI - FOTO
Hazırda oxunan: Laçında 20 Yanvar şəhidləri ANILDI - FOTO
Hazırda oxunan: Laçında 20 Yanvar şəhidləri ANILDI - FOTO
174358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.