Bakı küçələri dezinfeksiya edildi - FOTOLAR

Bakı küçələri dezinfeksiya edildi - FOTOLAR

Hazırda oxunan: Bakı küçələri dezinfeksiya edildi - FOTOLAR

17434

Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib.

Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, aprelin10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.

İməclik zamanı  paytaxtın kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin  kənarları, bordyurların və buradakı işıq dirəkləri, yol kənarındakı məhəccərlər, köşklər yuyulub. 

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində  cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasini aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO