“Ödənişli yollarda radar və nəzarət yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə ödənişli yollardakı sürət həddindən danışarkən deyib.
O bildirib ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.
Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinədək uzanan yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Bizim.Media