Ağsuda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı – FOTO  

Ağsuda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Ağsuda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı – FOTO  

174319

Ağsu rayonunda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Qəhrəmanlıq Kompleksi və Şəhidlər xiyabanında rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan 20 Yanvar faciəsinin 34-cu ildönümünü qeyd edib. 

Mərasimdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Qəhrəmanlıq Kompleksini ziyarət ediblər. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər xiyabanına gəlib, məzarların üstünə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər. 



Bizim.Media, Aran bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO