34 il əvvəl  Xaçmazda yaşananlar - FOTO

34 il əvvəl  Xaçmazda yaşananlar - FOTO

Hazırda oxunan: 34 il əvvəl  Xaçmazda yaşananlar - FOTO

174302

"34 il əvvəl  Rusiyadan gələn məşhur və bədnam 978 saylı hərbi eşolon ölkənin  şimalında ciddi təzyiqlərə məruz qalaraq Xaçmazın Xudat dəmiryolu vağzalında saxlanılıb. Geniş insan kütləsinin səyi nəticəsində Bakıya qırğın törətməyə gedən hərbi eşalon Rostova geri qaytarılıb".

Bu barədə Bizim.Media-ya həmin dövrün Xaçmazda  xalq hərəkatının sədri olmuş, hazırda "Şimal xəbərləri"qəzetinin baş redaktoru olan Müqəddəs Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt xalq hərəkatının fəalları və üzvləri Bakıdakı vəziyyətdən çox narahat idi. Bununla əlaqədar 1990-cı il yanvar ayının 16-da Xaçmazda ümumrayon mitinqi keçirilib və  Rusiyanın və Ermənistanın ölkədə yaratdığı gərginliyə qarşı ciddi etiraz edilib.
Mitinqdə əsas məsələ şimal sərhədlərinin bağlanması və Rus Ordusunun Bakıya gözlənilən basqınının qarşısını almaq idi. M.Mehdiyev açıqladı ki, ilk növbədə Xaçmaz və Xudat dəmiryolu stansiyaları ciddi nəzarətə götürülülərək, Rusiya ilə quru  avtomobil yolları da nəzarətimizə keçirildi :

"Xalq hərəkatının fəalları Xaçmaz dəmiryol stansiyaslnı ələ keçirdilər. Səsgücləndiricilər vasitəsi ilə əhalini maarifləndirdik ki, Xudat dəmiryolu stansiyasına rusların hərbi eşolonunun daxil olması gözlənilir. Əhalini səfərbər etməkdən ötrü Quba, Qusar Dəvəçi (Şabran) rayonlarının əhalisinə müraciət etdik. Çağırışımıza gələn  şimal bölgəsi əhalisi Xudat dəmiryolu stansiyasında canlı sədd çəkdi. Müraciətimiz nəticə verdi. Biz  çətinliklə də olsa, olduqca aqressiv olan rus hərbçilərinin vaqonlarını Xudatda geri qaytara  bildik"

Xaçmaz xalq hərəkatının sədri olmuş  Müqəddəs Mehdiyev həmin dəhşətli günlərdə Dərbənd camaatının da ayağa qalxdığından ilk dəfə olaraq Bizim.Media-ya danışdı:

"Yanvar ayının 17-18-də Xaçmaz və Xudat dəmiryolu vağzalından hərbi eşolonun qarşısı kəsiləndə biz paralel olaraq Dərbəndlə də əlaqə saxlayırdıq. Dərbənddə də əhali ayağa qalxmışdı. Mən hətta gecə vaxtı  Dərbəndə  getmişdim. Dərbənddə tuneli keçəndən sonra böyük bir  tonqal qalanmışdı. Dərbənd azərbaycanlıları, digər xalqların nümayəndələri bura yığışmışdı. Biz Dərbənd dəmiryolu stansiyasını, qonşu Məhərrəmkənd rayonundan keçən yolları, Samur körpüsünü ,Yalama, Şirvanovka ərazisindəki quru yolları nəzarətə götürdük və hərbi eşolonun Bakıya irəliləməsinin qarşısını ala bildik, hərbi qatarın Rostovacan geri dönməsinə  tam əmin olduq ".

Müsahibim deyir ki, yanvarın 17-18-də rus hərbi eşolonu şimaldan geri qaytarılmasına nail olsalar da Bakıda 3 gün sonra müxtəlif yollarla şəhərə  daxil olan rus ordusu qırğın törətdi, şəhid verdik, yaralılarımız oldu.

Düz 34 ildir bu ağrı-acılı qara 20  yanvar günündə  baş verənləri unutmuruq-deyən Müqəddəs Mehdiyev indi Azərbaycanın tam bütöv və suveren ölkə olduğuna  sevinərək  90-cı illərdə başlayan milli-azadlıq hərəkatında az da olsa xidməti olduğuna görə qürur duyur:

"Gənclərimizə səslənirəm ki, 20 Yanvar faciəsini unutmasınlar, 20 Yanvar şəhidlərini unutmasınlar. Bu şəhidlərimiz   nə istəyirdi? Həmin vaxt ayağa qalxan insanlar Moskvanın Qarabağa  qarşı  tutduğu mövqedən narazı idilər, onlar Azərbaycanın azad-suveren  olmasını istəyirdilər."

Onun sözlərinə görə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuz ötən ilin sentyabrında keçirilən son anti-terror hadisələri  ərazi bütövlüyümüz tam təmin olunub və mən deyərdim ki, Xankəndidə keçirilən möhtəşəm parad 90-cı ilin milli azadlıq hərəkatına bir nöqtə qoydu və bu gün bu hər birimizdə sonsuz qürur və iftixar oyadır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO