Qəbələ məktəblərində 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçirildi – FOTO  

Qəbələ məktəblərində 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçirildi – FOTO  

Hazırda oxunan: Qəbələ məktəblərində 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçirildi – FOTO  

174277

Qəbələ rayonunun bütün ümumtəhsil müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa, seminar və mühazirələr, rəsm sərgisi, idman yarışları, tarixi günə həsr olunmuş xüsusi dərslər keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirlərdə Qəbələ rayon Təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. 

Ulu Öndər Heydər Əliyevin və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20 Yanvar faciəsinin səbəbləri, Azərbaycan xalqının azadlıq mübarizəsi diqqətə çatdırılıb. Həmin gün xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi bərədə danışılıb. Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar və səhnəciklər təqdim olunub. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO