“Sədərəkdən Şuşaya” sənədli filmi geniş ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO/VİDEO

“Sədərəkdən Şuşaya” sənədli filmi geniş ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: “Sədərəkdən Şuşaya” sənədli filmi geniş ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO/VİDEO

174229

20 yanvar faciəsinin ildönümü münasibəti ilə “Naxçıvan” Universitetində tədbir keçirilib, Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” filmi nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, filmin təqdimatında əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət himnimiz səsləndirilib.

Rəsmi şəxslərin, şəhid ailəsi üzvlərinin, qazilərin, Sədərək döyüşçülərinin, ziyalı və tələbələrin, media nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər xalqımızın keçdiyi mübarizə yolundan bəhs ediblər.
Bildirilib ki, 34 il öncə Bakıda törədilən 20 Yanvar hadisələrindən bir neçə saat öncə Sədərəyə şiddətli hücum olmuş, Naxçıvan ilk şəhidlərini vermişdir.

Tədbirdə tələbələr tərəfindən qəhrəmanlıq ruhunda şeirlər səsləndirilib, bədii kompozisiya təqdim edilib.

Sonra “Sədərəkdən Şuşaya” filminə baxış olub. 

 



Filmdə xalqımızın Sədərək döyüşlərindəki qəhrəmanlığı cəsur bir xanımın – qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur. Naxçıvan televiziyasının arxivindən götürülmüş unikal kadrları, eləcə də filmin baş qəhrəmanı Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini tamaşaçılar həyəcanla izləyiblər.

Nəzifə Qaybalıyeva Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra bu dəfə Şuşada Ntv kameraları qarşısına çıxıb. Filmdə Sədərəyin qəhrəmanlıq tarixi vərəqlənir, Naxçıvan döyüşçülərinin də uğrunda can qoyduğu  Şuşa zirvəsinə qədər keçilən qəhrəmanlıq yolu izlənilir.

İzləyicilər sırasında filmin qəhrəmanı Nəzifə Qaybalıyeva da olub.




























Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO