Ntv və NUHÇIXAN muxtariyyətin 100 illiyi ilə bağlı yaradıcılıq müsabiqəsi ELAN EDİB

Ntv və NUHÇIXAN muxtariyyətin 100 illiyi ilə bağlı yaradıcılıq müsabiqəsi ELAN EDİB

Hazırda oxunan: Ntv və NUHÇIXAN muxtariyyətin 100 illiyi ilə bağlı yaradıcılıq müsabiqəsi ELAN EDİB

174219

Naxçıvan Televiziyası və NUNÇIXAN İnformasiya Agentliyi “Muxtariyyətin 100 ili” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Bizim.Media xəbər verir ki, yaradıcılıq müsabiqəsi Naxçıvan Muxtar Respublikasının tarixini, mədəniyyətini əks etdirən fotolar, analitik məqalələr, ədəbi-bədii nümunələr, film-videoçarxlar, sujet-reportajlar və araşdırma videomaterialları üzrə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın 100 illik tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, Naxçıvanın tarixini və müasir inkişafını yaşatmaqdır.

Müsabiqədə yaradıcılıq qabiliyyəti olan hər kəs iştirak edə bilər.

Müsabiqə 2024-cü il yanvar ayının 25-dən may ayının 5-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2024-cü il may ayının 5-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə NUHÇIXAN İnformasiya Agentliyinə (Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi, 84Telefon: 036-545-93-93)təqdim etməlidirlər. Qaliblər 2024-ci ilin may  ayında elan olunacaq və mükafatlandırılacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer (1 nəfər) – 1000 manat

İkinci yer (1 nəfər) – 800 manat

Üçüncü yer (1 nəfər) – 500 manat

Həvəsləndirici yer (1 nəfər) – 300 manat.

Qaliblər münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcək. Orijinal mövzulara və araşdırma materiallarına üstünlük veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO