Quba mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən dəyirmi masa KEÇİRİLDİ - FOTO

Quba mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən dəyirmi masa KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Quba mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən dəyirmi masa KEÇİRİLDİ - FOTO

174206

Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəyirmi masada şəhid ailələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda  Qanlı Yanvar hadisələrinin şahidləri o dəhşətli gecədə yaşadıqları ağrı-acılardan danışıblar.

Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanov tədbir iştirakçılarına paytaxt Bakı ilə video bağlantı təqdim edib. 20 Yanvar hadisələrində enerji bloku  partladılarkən orada olmuş, həmin illərdə Azərbaycan Dövlət Televiziyasının əməkdaşı olan əməkdar jurnalist Rafiq Səməndər video bağlantı vasitəsilə həmin vaxt baş verən hadisələrdən danışıb. 

Daha sonra Rafiq Səməndərin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda şəhidlər haqda yazılan müəllifi olduğu ilk kitabdan da söhbət açılıb.
Yanvar faciəsi günlərində keçmiş Lenin, indiki Sabunçu rayonun polis idarəsində ictimai təhlükəsizlik bölməsinin rəisi olmuş sabiq polis əməkdaşı Sadıq Hacıyev o qanlı günlərdə polis əməkdaşlarının olduqca  təhlükəli şəraitdə xidmət etmələrindən də danışıb .

Dəyirmi masa ədəbi-bədii kompozisiya ilə davam edib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO