TIR-ın içində gizli şəkildə Azərbaycana gəlmək istəyən qadın TUTULDU - FOTO 

TIR-ın içində gizli şəkildə Azərbaycana gəlmək istəyən qadın TUTULDU - FOTO 

Hazırda oxunan: TIR-ın içində gizli şəkildə Azərbaycana gəlmək istəyən qadın TUTULDU - FOTO 

174199

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb. 

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO