Son günlər “mediaya hər gün müsahibə verən” şəxslərin sayı çoxalıb. Çox güman ki, söhbətin nədən getdiyini tam anlamadınız. Daha detallı izah etsək, bu şəxslər uğuru olmayan, tanınmayan şəxslərdir.
Jurnalistlər müsahibə təklif etmədikləri üçün özləri-özlərinə müsahibə verirlər. Məsələn, telefonu və ya ştativi profildən qoyurlar, kameraya baxmadan divarla və ya boşluqla söhbət edirlər. Videoya baxan, anlayışı az olan şəxs də elə bilir ki, bu insan məşhur şəxsdir, önündə jurnalist əyləşib və müsahibə verir.
Jurnalist illərlə təhsil alır, dəridən-qabıqdan çıxır ki, iş tapsın, özünə mövqe tutsun, bu adamlar da medianı görməzdən gələrək, özləri üçün “görünməz jurnalistlərlə” söhbət edirlər. Saf insanlar da bu videolara aldanır və beləliklə, həmin şəxslər həqiqətən, məşhurlaşırlar.
Görəsən, bu addımı jurnalistlərə, o materiala baxan izləyicilərə hörmətsizlik saymaq olarmı?
Professor, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, bu cür addımlar manipulyasiya metodlarından biridir:
“Bu məsələ birbaşa auditoriyaya hörmətsizlikdir. İnsanlar hardasa bunu görüb tətbiq etməyə çalışırlar. Ona görə də auditoriya ilə bağlı media savadlılığını artırmalıyıq. Məsələn, Türkiyədə, Rusiyada “media savadlılığı” dərsləri keçirilir.
O dərslərdə görüntünün, mətnin, videonun gerçək olub-olmadığı ilə bağlı metodlar öyrədilir. Xüsusi proqramlar var, onlar jurnalistlərə və ictimaiyyətə öyrədilməlidir. Bu proqramları bilmək kifayət deyil, həm də sözügedən şəxslər ifşa edilməlidir. Belə olan halda həmin adamlar bu yanlışdan üz çevirə bilərlər”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 19.01.2024
Qəribə TREND - Özü özünə müsahibə verən “məşhurlar” kimi aldadır?
Hazırda oxunan: Qəribə TREND - Özü özünə müsahibə verən “məşhurlar” kimi aldadır?
Hazırda oxunan: Qəribə TREND - Özü özünə müsahibə verən “məşhurlar” kimi aldadır?
174193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.