Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda mərasim evinin tavanı ÇÖKDÜ - Xəsarət alanlar var - FOTO
Bildirilib ki, hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media