Mingəçevirdə şagirdlər məktəbdən təxliyə edilir - VİDEO

Mingəçevirdə şagirdlər məktəbdən təxliyə edilir - VİDEO

Hazırda oxunan: Mingəçevirdə şagirdlər məktəbdən təxliyə edilir - VİDEO

174137

Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.

Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub. 
Yanğın hadisəsi qeydə alınmayıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO