"Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Çünki restoranlarda müxtəlif təbəqələrin, müxtəlif ailələrin üzvləri olur".
Bizim.Media xəbər verir ki, bu fikirləri DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB24-ün "İşgüzar səhər" verilişində səsləndirib.
O bildirib ki, toyların keçirilməsi kornavirusun yayılmasına şərait yaradır:
Faktlar göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Vətəndaş nə qədər məsuliyyətsiz olmalıdır ki, bu tədbirləri keçirməyə cəhd etsin.
"Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir.
Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Dövlət burada vəsait itirir, sahibkarlar əziyyət çəkir. Dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 10.04.2021
"Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy keçirilə bilər" - DİN
Hazırda oxunan: "Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy keçirilə bilər" - DİN
Hazırda oxunan: "Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy keçirilə bilər" - DİN
17412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.