Naxçıvanda \

Naxçıvanda \"MEDİA könüllüləri\"nin yaradılmasına start verilir

Hazırda oxunan: Naxçıvanda \"MEDİA könüllüləri\"nin yaradılmasına start verilir

174032

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC, “Şərq qapısı” qəzetinin və NUHÇIXAN İnformasiya Agentliyinin birgə tərəfdaşlığı ilə yaradılan "MEDİA könüllüləri" layihəsində məqsəd muxtar respublikada medianın inkişafında gənclərin aktiv iştirakını təmin etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirmək və mediada innovasiyaların tətbiqini stimullaşdırmaq və gənc media həvəskarları arasında yaradıcı təşəbbüskarlığı artırmaqdır. 

Bizim.Media xəbər verir ki, “Media könüllüləri” proqramı çərçivəsində iştirak edən könüllülər üçün bir sıra peşəkar və şəxsi inkişaf təlimləri təşkil ediləcək.

Eyni zamanda könüllülər tərəfdaş media subyektlərində təcrübə keçmək imkanı qazanacaqlar."MEDİA könüllüləri" qrupuna arzu edən gənclərimiz qoşula bilər.
Qeyd edək ki, qrupun yaradılması Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı sözügedən media subyektlərinin yubileylə bağlı tədbirlər planı çərçivəsində reallaşdırılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO