Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, ehtiyyatda olan polkovnik Eldar Sabiroğlu Moderator.az-a bir məktub göndərib. E.Sabiroğlu məktubunda dünən feysbukda illər öncə əsir götürülmüş 6 erməni əsgərinin görüntülərini yayan sosial şəbəkə istifadəçilərinə təşəkkür edib:xa0
xa0
"Aprelin 1-də saat 10:49-da sosial şəbəkələrdə yerləşdirilmiş altı erməni əsgərinin görüntüləri diqqətimi cəlb etdi. “Lider”x9d tv-nin əməkdaşı Elnur Niftəliyevin xa0lentə aldığı bu çəkilişdəki erməni əsirlərin sifəti xa0tanış gəldi və yaddaşım məni 2010-cu ilə qaytardı.xa0
Qəhrəman Azərbaycan ordusunun cəsur kəşfiyyatçıları tərəfindən hazırlanıb həyata keçirilən uğurlu əməliyyat nəticəsində məhz həmin il xa0düşmənin əsgərləri bir gecənin içində xa0silahları ilə birlikdə səngərdəcə əsir götürülmüşlər. Əməliyyatdan 2 gün əvvəl isə xa0düşmənin xa0üç əsgəri ordumuz tərəfindən öldürülmüşdür.xa0
“Lider" tv-nin bu çəkilişi Silahlı Qüvvələrimizn hərbi polis idarəsində aparılmışdı. O zaman mən və kəşfiyyat idarəsinin rəisi, peşəkar hərbiçi kimi orduda nüfuz qazanmış general Rəhim Cəfərovla bərabər orada idik. Sadəcə arxa planda dayanmışdıq.Vəziyyət bu cür tələb edirdi. Çəkilişdən əvvəl isə əsirlərlə erməni dilində xeyli söhbətimiz oldu. Sonra xa0müsahibənin xa0bu şəkildə efirə çıxarılmasını planlaşdırdıq.xa0
Əsirlərin görüntüləri Ermənisanda və Dağlıq Qarabağda ciddi narahatlıqla qarşılanmışdı. Düşmən üçün xa0böyük məğlubiyyət hesab edilən bu hadisə əsgər analarının hakimiyyətə qarşı kütləvi etirazlarına səbəb olmuşdu. Ermənistanın siyasi və hərbi rəhbərliyi Minsk Qrupu həmsədr ölkələrindən əsirlərin geri qaytarılmasına yardım göstərmək üçün davamlı xahişlər etsə də, xa0Azərbaycan tərəfi bu təklifləri rədd etdi. Təxminən 6 ay sonra əsirlər beynəlxaq qızıl xaçın iştirakı ilə üçüncü ölkəyə yola salındı. xa0
Müdafiə Nazirliyində xidmət etdiyim yeddi il ərzində xa0bu birinci hadisə deyildi ki, xa0Azərbaycan ordusu düşmənə belə vəziyyəti yaşadırdı. Beş il əvvəlki xa0hərbi uğuru xa0yenidən xatırladan vətənpərvərimiz kimdisə ona öz təşəkkürümü bilirirəm". xa0

Moderator.az olaraq məktubda sözügedən video materialı da təqdim edirik:
xa0xa0 xa0 xa0 xa0 xa0 xa0xa0






























































































