Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO 

Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO 

173976

Bu gün Füzuliyə qayıdan keçmiş məcburi köçkün ailələrə (30 ailə) mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Ailələr qarşılandıqdan sonra mənzillərin açarları təqdim edilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib. 
Bununla da Füzuli şəhərində 1519 nəfərin (410 ailə) daimi məskunlaşması təmin olunub. 
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 

12:54

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuliyə çatıb. 

Bizim.Media xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. 
Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar.  



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO