Kərkidən son çıxanlar – FOTO 

Kərkidən son çıxanlar – FOTO 

Hazırda oxunan: Kərkidən son çıxanlar – FOTO 

173944

Sədərək döyüşlərinin iştirakçısı Hüseyn Cəfərov 34 il əvvəl Kərkidən son çıxan döyüşçülərin fotolarını NUHÇIXAN-a təqdim edib. 

Bizim.Media həmin fotoları təqdim edir: 




Qeyd edək ki, 20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstərib. Belə ki, 1989-cu il dekabrın 14-dən etibarən ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb. 

Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. 
Fotolardan da görünür ki, mülki geyimdə olan kənd sakinləri son anadək ov tüfəngləri ilə Kərkini müdafiə ediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO