Cəlilabadda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər KEÇİRİLİR - FOTO

Cəlilabadda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Cəlilabadda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər KEÇİRİLİR - FOTO

173890

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.

Bizim.Media-nın Cənib bürosunun məlumatına görə, treninqlərdə 71 saylı Cəlilabad Şəhər seçki dairəsinin aşağı seçki komissiyasının üzvləri iştirak iştirak edir.

Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş trenerlər tərəfindən aparılır.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə edirlər.
Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi, eləcə də bir sıra digər zəruri metodiki vəsaitlər və əyani materiallar da təqdim olunur.






Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO