Kürdəmirdə “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs SAXLANILDI - FOTO

Kürdəmirdə “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Kürdəmirdə “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs SAXLANILDI - FOTO

173870

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO