İmtahanlarda üzrlü səbəbdən iştirak etməyənlərin ödənişi niyə geri QAYTARILMIR? – Rəsmi AÇIQLAMA

İmtahanlarda üzrlü səbəbdən iştirak etməyənlərin ödənişi niyə geri QAYTARILMIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: İmtahanlarda üzrlü səbəbdən iştirak etməyənlərin ödənişi niyə geri QAYTARILMIR? – Rəsmi AÇIQLAMA

173859

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak etmək üçün tələbələr 50 manat, sınaq imtahanında isə 30 manat ödəniş etməlidir. Lakin tələbələr imtahandan çıxdıqdan sonra sual kitabçaları onlardan təhvil alınır. 

Eyni zamanda, əgər tələbə üzrlü səbəblərdən imtahanda iştirak etməsə, onların ödənişi geri qaytarılmır və bu haqlı olaraq, narazılıq yaradır.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə öz fikirlərini Bizim.Media ilə bölüşüb. O, deyib ki, sual kitabçalarının müəyyən imtahanlardan sonra iştirakçılara verilməməsinin müxtəlif səbəbləri var:
 

MÖVZU İLƏ BAĞLI:

Magistraturaya qəbul imtahanı KEÇİRİLƏCƏK – Bu tarixdə 


“İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. İmtahan üçün ödənilən məbləğ sizə kitabçanı özünüzlə aparmaq hüququ vermir. Beynəlxalq imtahanlarda 300-400 manat iştirak haqqı ödəsəniz belə, kitabçalar sizə verilmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. 

Test tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur. Bu iş göründüyü qədər sadə deyil. İmtahanda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun texniki pasportuna yazılır. Bu tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi də istisna edilmir. Ona görə də tapşırıqları mühafizə etmək zərurəti meydana çıxır və kütləvi yayılması məqsədəuyğun hesab olunmur”. 

DİM rəsmisi qeyd edib ki, yuxarıdakı səbəblərlə əlaqədar Mərkəz tərəfindən keçirilən bəzi imtahanlarda kitabçalar verilir, bəzilərində isə yox:

“İstənilən halda onların verilməsi təşkilat üçün bir itki kimi qəbul olunmalıdır. Ancaq bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub. Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparamağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı  əvvəlcə canlı yayım, daha sonra isə yazılı şəkildə ictimaiyyətə təqdim olundu”.

DİM rəsmisi imtahanın qiyməti ilə bağlı məsələyə də toxunub:

“Sizin qeyd etdiyiniz kağız və sualların tərtibi hissəsi onun daha çox görünən tərəfidir. Ümumiyyətlə hər hansı bir imtahanda ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM tərəfindən imtahanların təşkili, keçirilməsi, daşınma, mətbəə, ezamiyyə, təqdim olunan digər xidmətlər və s. ətraflı şəkildə araşdırılır və qiymət təyin edilərkən nəzərə alınır. İmtahan özlüyündə mürrəkkəb bir sistemidir və onun mütəşəkkilliyini təmin etmək üçün Mərkəz tərəfindən kompleks tədbirlər həyata keçirilir. İmtahan binalarının müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri, zal nəzarətçiləri, buraxılış (mühafizə) rejimi əməkdaşlarının hazırlığı, onlara ödənilən əmək haqqı, test bankının zənginləşdirilməsi, ekspertiza, yoxlama işləri və proqram təminatının hazırlanmasınadək geniş hazırlıq işləri aparılır. 

İmtahanların təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə, müxtəlif dövlət qurumlarının, təhsil müəssisələrinin xeyli sayda nümayəndəsi də cəlb olunur. Bütün bu işlər çoxlu sayda insan və maddi kapitalın sərf olunmasını tələb edir və qiymətin formalaşmasını şərtləndirir”.

İmtahanda üzrlü səbəbdən iştirak edə bilməyənlərin ödənişinin geri qaytarılmaması məsələsinə gəldikdə isə Xanlar Xanlarzadə qeyd edib ki, bunun çox sadə səbəbi var:

“Siz qeydiyyatdan keçəndən sonra, həmin imtahanda iştirakınızla bağlı işlərə start verilir və yuxarıda qeyd etdiyimiz bütün tədbirlər həyata keçirilir. Yəni sizin imtahan günü fiziki olaraq orada iştirak etməməyiniz nəyisə dəyişmir, çünki həmin vaxt artıq sizinlə bağlı nəzərdə tutulan bütün işlər görülmüş olur”.

Qeyd edək ki, bakalavr səviyyəsində sınaq imtahanları və qəbul imtahanlarına giriş kartı 40 manat, magistratura səviyyəsində isə qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manat təşkil edir. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO