Xaçmazda Vətən Müharibəsi veteranı Aydın Fətiyevin elçilik mərasimi baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Əhmədoba kəndində reallaşan elçilikdə qız və oğlan evinin adamları ilə yanaşı rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev da iştirak edib.
Qızın valideynləri elçiliyə gələn oğlan tərəfinə “hə” cavabını veriblər.
İcra başçısı bir-birini sevən gənclərə xoşbəxtlik arzulayıb.
Qeyd edək ki, Vətən Müharibəsi veteranı, 26 yaşlı Aydın Fətiyev 21 yaşlı bağça müəlliməsi Aytaca göndərdiyi elçilər sırasında Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı da olub. Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən Aydının Aytacla toy mərasimi yay aylarında baş tutacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu