Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Jurnalist Səbuhi Məmmədli vəfat etdi
"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, jurnalist Səbuhi Məmmədli gecə saatlarında 54 yaşında müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Bizim.Media