Sumqayıtda 1 ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Sumqayıtda 1 ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Sumqayıtda 1 ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

173707

Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə çağırış daxil olub.

Stansiyadan Bizim.Media-ya bildirilib ki, onlardan bir nəfərin - 1958-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölümü qeydə alınıb. 

1958-ci və 1999-cu il təvəllüdlü şəxslər (hər ikisi qadın) isə dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Eyni diaqnozla, 2020-ci və 2022-ci il təvəllüdlü iki azyaşlı da Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları araşdırma aparır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO