Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq

Hazırda oxunan: Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq

173706

İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı bildirib.

O qeyd edib ki, təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. 

Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.

Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO