Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı növbəti məhkəmə iclası keçirilib.
Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin edilib.
Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: İsfəndiyar Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir. “Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğludur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 16.01.2024
Mərkəzi Bankın "Şərurlu İsfəndiyar"a qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR
Hazırda oxunan: Mərkəzi Bankın "Şərurlu İsfəndiyar"a qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR
Hazırda oxunan: Mərkəzi Bankın "Şərurlu İsfəndiyar"a qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR
173599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.