"Təkcə alış-veriş etmək baxımından yox, həm də insanların maraqlı fikirlər səsləndirdiyi məkandır bazar. Bura üz tutarkən Naxçıvan şəhərinin ümumi ab-havası ilə yanaşı, yerli sakinlərin, ələlxüsus da, satıcıların əhvali-ruhiyyəsini öyrənmək mümkündür".
Bizim.Media xəbər verir ki, bu fikirlər "Şərq qapısı" qəzetinin Naxçıvan bazarından hazırladığı reportajda yer alıb.
"Müştərilərin bazar seçimində ən çox üstünlük verdiyi məqam isə satıcıların onlarla münasibəti, qurduqları ünsiyyətdir.
Burada hamının bir məqsədi var: xoş rəftar edən, gülərüz, endirim edən satıcıdan lazım olanı almaq. Zəruri şərt kimi bunu qəbul etməyən satıcılarımız üçün bu, xidmətin bir növ səviyyəli üstünlüyüdür – gülərüzlü olmaq. Elə sakinlərimiz tərəfindən “57 bazarı” adını qazanmış ən böyük alış-veriş məkanımızın satıcıları kimi...", - reportajda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:48 / 15.01.2024
Naxçıvan bazarından reportaj - FOTO
Hazırda oxunan: Naxçıvan bazarından reportaj - FOTO
Hazırda oxunan: Naxçıvan bazarından reportaj - FOTO
173511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.