“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.
MÖVZU İLƏ BAĞLI:
"Gündəlik Bakı" qəzetinin baş redaktoru SAXLANILDI
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Bizim.Media