Gürcüstanda məmur özabaşnalığının, korrupsiyanın olmaması ölkəni irəli aparır. Bu gündən etibarən gürcülər Avropaya vizasız gedəcəklər, bu gürcü xalqını növbəti uğurudur.xa0
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. xa0Partiya sədri bizim də gürcü xalqından nümunə götürməli olduğumuzu deyir:

“Mən istərdim ki, bizim hökumət də gürcülərdən nümunə götürsün. Biz bu yola çıxanda gürcülər bizdən çox geridə qalmışdılar. Amma göründüyü kimi onlar necə inkişafa nail oldular. Azərbaycanda Qərb dəyərlərinə hörmət edən, demokrat prezident var. Amma onun ətrafındakı qocalar evi hər zaman prezidentin islahatlar həyata keçirməsinə mane olurlar. Azərbaycandakı bütün mütərəqqi qüvvələr kin - küdurəti bir kənara qoyub birləşməlidir. Yalnız bu halda biz uğur əldə edə bilərik. Biz prezidentin dediyi formada ölkədə ictimai nəzarəti gücləndirməliyik. Prezidentimizə arxa - dayaq olaraq onun ətrafında olan başı kiflənmiş məmurlara qarşı birləşməliyik. Qarşıdan prezident seçkiləri gəlir. Qanunlara hörmət etməyən dövlət inkişaf edə bilməz. Bizim çox yaxşı qanunlarımız, xalq üçün çalışan prezidentimiz var. Ölkə başçısı ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi üçün hər şey edir. Amma onun ətrafında olan xəyanətkar məmurlar prezidenti sabotaj etmək üçün bütün vasitələrə əl atırlar. xa0Prezidentə arxadan zərbə vururlar”x9d.






























































































