"Samsung"dan sual və təəccüb dolu 2024

Hazırda oxunan: "Samsung"dan sual və təəccüb dolu 2024

173462

2024 gələr-gəlməz Samsung texnoloji yenilikləri ilə bazara yeni nəfəs verməyə başlayıb. Görünür, texnonəhəngin dərinliklərində qlobal çağırışlara cavab çoxdan hazırlanır. 

İnternet və çöl reklamlarında “AI gəlir” deyə ismarış verən Samsung deyəsən smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Belə olarsa, əvvəlcə telefon, ardınca təkamül edərək smartfon adlandırılan cihaz Samsungun yüngül əli ilə yeni dövrün, yeni anlayışın, yeni yanaşmanın əsasını qoyacaq. 


Süni zəka (AI – artificial intelligence, ingiliscə) yeni flaqman cihaza hansı üstünlüklər verə bilər? Ola bilsin ki, cihaz təhlil tələb edən bir qrup əməliyyatı vahid çətir altında toplasın. Və ya genişləndirilmiş təhlil imkanları ilə istifadəçilərə yeni fürsətlər versin. Ola da bilsin ki, bu yeni texniki fürsətlər rəqəmsal bazarda dəyişikliklərə gətirib çıxarsın.

Yeni yayımlanan kommunikasiyada diqqət çəkən daha bir ünsür çarxın sonuna yaxın görünən dairədir. Maraqlıdır, bu süni zəka ilə bağlıdır, yoxsa yeni kameraya işarədir?

Ehtimal ki, kameraya aidiyyatı olmadan çarxda obyektivi xatırladan dairə çəkilməzdi. Amma Samsung mobil bazarı bundan əvvəlki flaqmanlarda da kamera keyfiyyəti ilə təəcübləndirə bilmişdi. Ancaq o cihazların ilkin çarxlarında süni zəka yox idi. Burada isə kamera obyektivini xatırladan dairə “AI gəlir” ifadəsinin ətrafında fırlanır. İnanmaq çətin olsa da, ağıla gələn tək ehtimal kameranın süni zəka imkanları ilə zənginləşdirilməsidir. Bu halda bu cür kamera istifadəçiyə hansı üfüqləri açacaq? Həvəskar və peşəkar istifadəçilər nə cür cavab verəcək? Hər halda Samsung kimi texnonəhəng buna da hazır olar. 

Yazılanlar bir ehtimaldır, daha dəqiq və ətraflı məlumat Samsung tərəfindən rəsmi təqdimatda açıqlanacaq. Hər halda yanvarın 17-nə az qalıb. 

Galaxy Unpacked 17 Yanvar saat 22:00-da rəsmi YouTube kanalımızda

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO