Xəbər verdiyimiz kimi, yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur. Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub.
İlkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.
Qeyd edək ki, hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib. Y.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:59 / 15.01.2024
Qətlə yetirilən 29 yaşlı Etibar idmançı imiş – FOTO
Hazırda oxunan: Qətlə yetirilən 29 yaşlı Etibar idmançı imiş – FOTO
Hazırda oxunan: Qətlə yetirilən 29 yaşlı Etibar idmançı imiş – FOTO
173456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.