MSK-da Müstəqil Media Mərkəzi fəaliyyətə başladı

MSK-da Müstəqil Media Mərkəzi fəaliyyətə başladı

Hazırda oxunan: MSK-da Müstəqil Media Mərkəzi fəaliyyətə başladı

173432

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin //secki-2024.az/ saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.
Mərkəzin həm Facebook səhifəsi, həm də Telegram kanalı aktiv fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO