“Respublikanın bütün magistral yollarında avtomobillərin hərəkəti təmin edilib. Hazırda Bakı-Qazax, Bakı-Astara, Bakı- Füzuli, Bakı-Rusiya Federasiyası magistral yollarında hərəkət intensivliyi var”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdə 12 dərəcə şaxta OLUB
O bildirib ki, yanvarın 13-dən etibarən Agentliyin bütün strukturları gücləndirilmiş iş rejimində çalışır:
“Yolların qardan və buzdan təmizlənməsi üçün yollara yüzlərlə texnika və işçi qüvvəsi çıxarılıb. Eləcə də yerli yol idarələri lazımi texniki vasitələrlə təmin edilib. Həm ayın 13-dən 14-ə keçən gecə, həm də ötən gecə işçilərimiz yollarda xidmətdə olub. Hazırda Masallı-Yardımlı, Lənkəran-Lerik, Muğanlı-İsmayıllı, Füzuli-Laçın yollarında qardan təmizləmə işləri davam etdirilir. Qalan istiqamətlərdə isə yollar əsasən təhlükəsizdir”.
Surxay Atakişiyev, Bizim.Media