Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

173417

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəmkir rayon sakini Namiq Hüseynov Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kiloqramdan artıq olan tiryək aşkar edilərək götürülüb.

Dindirilmə zamanı N.Hüseynov narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. N.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO