Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır

Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır

Hazırda oxunan: Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır

173377

Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 70 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Badamağacı və Buravar kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib. Yerli sakinlər deyirlər ki,  sözügedən kəndlərə yaxınlarını görməyə gələn müsafirlər  geriyə qayıda bilmirlər.
Hazırda rayonun ucqar dağ kəndlərində qar yağışı davam edir.

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO