Zaqatalada maşın yolda sürüşdü və əks istiqamətə çıxdı

Zaqatalada maşın yolda sürüşdü və əks istiqamətə çıxdı

Hazırda oxunan: Zaqatalada maşın yolda sürüşdü və əks istiqamətə çıxdı

173376

Qarlı hava şəraitində sürət həddini aşan “Jiquli” markalı avtomobil sürüşərək yolun kənarındakı ağaca çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Mazıx kəndi ərazisində  baş verib.

Belə ki, Balakən rayon Katex kənd sakini, 43 yaşlı Məftun Hudulov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yolunun kənarındakı ağaca çırpılıb. 

Hadisə şahidləri bildirir ki, yolların qarlı və sürüşkən olmasına baxmayaraq avtomobil sürətlə idarə olunub və qarın üzərində əyləc sistemindən istifadə olunduğundan belə bir ağır qəza baş verib.  

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Məftun Hudulov Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahi əməliyyat aparılandan sonra sürücü xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirilir. 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO