Yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildiriblər ki, ən çox qar cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 santimetrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 14.01.2024
Azərbaycanda ən çox qar düşən ərazilər açıqlandı
Hazırda oxunan: Azərbaycanda ən çox qar düşən ərazilər açıqlandı
Hazırda oxunan: Azərbaycanda ən çox qar düşən ərazilər açıqlandı
173367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.